Dövlət İmtahan Mərkəzi  daha 213 minlik mebel alırbackend

Dövlət İmtahan Mərkəzi daha 213 minlik mebel alır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dövlət İmtahan Mərkəzi (FDİM) növbəti tenderinə yekun vurub. Tribunainfo.az xəbər verir ki, sözügedən qurum mebellərin satın alınmasını həyata keçirəcək.
Bununla bağlı, “EPTAL GROUP” MMC ilə 213.640,89 manatlıq satınalma müqaviləsi imzalanıb.
Dövlət İmtahan Mərkəzi “Müxtəlif ofis avadanlıqlarının və aksessuarların satın alınması” tenderinin nəticələrini elan edib.
Xatırladaq ki, DİM bu ilin əvvəlində, daha dəqiq desək, 20 yanvar 2024-cü ildə ofis mebelləri və avadanlıqları alıb. Həmin vaxt tenderin qalibi “Halal-P” MMC olub. Qalib şirkətə 452 583 manat ödənilib.