Dövlət idarə etmək üçün tayfa başçısı olmaq kifayət etmir.
Dövlət idarə etmək üçün tayfa başçısı olmaq kifayət etmir. SalamNews “Haberler”ə istinadən xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
Ərdoğan, Şimali İraq Kürd Muxtariyyatının rəhbərinin lüzumsuz müstəqillik təşəbbüsü ilə özünü oda atdığını deyib. Onun sözlərinə görə, son yaşanan məsələlərdən məyus olsalar da, Türkiyə bu problemin də öhdəsindən gələcək.
“Şimali İraqda otur oturduğun yerdə, paran-pulun var, neftin var. Dinc dayan. Bizimlə, İranla, Federal dövlətlə danışdınmı? Yox. Sən belə bir addımı necə atırsan? Dövlət idarə etmək üçün tayfa başçısı olmaq kifayət etmir. Məsud Bərzani özünü oda atıb”, deyə o bildirib.