Dövlət Gömrük Komitəsi “Zeytun Pharmaceuticals” MMC-ni gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə cərimələyib.
Pravda.az-ın əldə etdiyi məlumata görə, şirkət barəsində İnzibati Xətalar Məcəlləsinin 485.2-ci maddəsinə əsasən cərimə protokolu tərtib edilib.
Daha sonra protokol baxılması üçün Nizami Rayon Məhkəməsinə göndərilib. Məhkəmədə barəsində protokol tətbiq edilmiş MMC ilə bağlı müraciətə baxılıb.
Hakim Mətanət Hacıyevanın sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub. Qərara əsasən, şirkətə inzibati tənbeh tətbiq edilib, yəni cərimə kəsilib.
Xatırladaq ki, gömrük qaydaları əleyhinə olan inzibati xətaya görə vəzifəli şəxslər 1000 manat məbləğində, hüquqi şəxslər 1500 manat məbləğində cərimə edilir.
Qeyd edək ki, “Zeytun Pharmaceuticals” MMC daha əvvəl malların saxlanca qoyulması və saxlanc qaydalarını pozduğuna görə cərimələnib.