Dövlət Əmək Müfəttişliyi Xidməti və Ceyhun Abbasov arasında məhkəmə çəkişməsi

Dövlət Əmək Müfəttişliyi Xidməti və Ceyhun Abbasov arasında məhkəmə çəkişməsi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Binəqədi Rayon Məhkəməsində “Avrora Qrup”un prezidenti Abbasov Ceyhun Həsən oğluna Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidməti tərəfindən yazılan inzibati protokola baxılır.

Pravda.az-ın xəbərinə görə, növbəti iclas hakim Elçin Ağayevin sədrliyi ilə dekabrın 5-də keçiriləcək.

Xatırlatma: Protokol İnzibati Xətalar Məcəlləsinin 555.1-ci (İstehsalatda baş verən bədbəxt hadisələrin araşdırılması üçün hadisə baş verən gün işəgötürən tərəfindən əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən müvafiq icra hakimiyyəti orqanına bu barədə məlumatın verilməməsinə görə min manatdan min beş yüz manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edilib. C.Abbasov protokoldan şikayət verib.