Dövlət qurumlarının ötən il üzər keçirdiyi tenderlərin bir çoxları ya eyni şirkətlə anlaşmalarla müşahidə olunur, ya da iri həcmli tenderlər daha çox bir şirkətə verilir. Tribunainfo.az xəbər verir ki, Dövlət Dəniz və Liman Agentliyinin ötən il üzrə bu qəbildən olan 14 tender keçirib.
Araşdırma nəticəsində məlum olub ki, Agentliyin tenderlərinin ümumi dəyəri 752 min 338 manat təşkil edib. DDLA-nın ən irihəcmli tenderi isə mətbəə və çap məhsullarının satınalınması ilə bağlı olub. Bununla əlaqədar “RUMPEL” MMC ilə 277.346,61 manatlıq müqavilə bağlanılıb.
İkinci bahalı tenderi isə inzibati binasını təmir etdirmək üçün keçirilib. Bununla əlaqədar “BAKIYAŞAYIŞTİKİNTİ” MMC ilə 128.515,18 manatlıq müqavilə imzalanıb.
Amma qurumun say baxımından ən çox müqavilə bağladığı şirkət “Buz tech” MMC olub. İl ərzində bu şirkətlə iki saziş imzalanıb. Onlardan biri 63.116,43 manat, digəri isə 6580 manat dəyərində olan proqram təminatına məxsus lisenziyaların satınalınması olub.
Dövlәt Dәniz vә Liman Agentliyinin kompüter və texniki avadanlıqların satınalınması isə sayca 4-5-ci yerləri tutub. Belə ki, “AZ SYSTEMS” MMC ilə bu məqsədlə 101.952,2 manata anlaşma əldə edilib.
Qurumun əməkdaşları üçün könüllü tibbi sığorta xidmətinin satın alınması da bu sıradadır. Bu məqsədlə DDLA “QALA SIĞORTA” ASC-yə 77.845 manat pul köçürüb.
Qeyd edək ki, Dövlət Dəniz və Liman Agentliyinin il ərzində ləğv olunan çoxlu sayda tenderləri də olub. Bundan başqa, bəzi satınalma işlərinin rəsmi portaldan keçmədən həyata keçirildiyinə dair iddialar da var.