backend

Dövlət bu il də SOCAR-a yardım edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Bu gün hökumətin, Mərkəzi Bankın siyasəti odur ki, bazarda əlavə təzyiq yaratmayaq, əsas alət də monetar siyasətdir, pul kütləsinin sıxışdırılmasıdır.  

“Bu gün hökumətin, Mərkəzi Bankın siyasəti odur ki, bazarda əlavə təzyiq yaratmayaq, əsas alət də monetar siyasətdir, pul kütləsinin sıxışdırılmasıdır. 

Pul kütləsinin genişləındirilməsi bazarda təzyiqləri artırır”

TİA.AZ xəbər verir ki, bunu Milli Məclisdə 2017-ci il üzrə dövlət büdcəsi layihəsinin müzakirəsi zamanı maliyyə naziri Samir Şərifov deyib.

Nazir bildirib ki, əsas məsələ makroiqtisadi sabitliyi bərqərar edib, daha sonra 2017ci ildə iqtisadi artıma keçməkdir.

S.Şərifov qeyd edib ki, elektrik enerjisi və qaz xidmətinin yüksək səviyyədə göstərilməsi üçün şirkətlər vəsait xərcləməlidir: “Azərbaycanda əhaliyə verilən qazın 40%-dən yuxarı hissəsi hasilatın pay bölgüsü sazişlərdən hasil edilən qazdır. Həmin qaz SOCAR-a xarici valyuatda satılır. Dövlət Neft Şirkətinin öz hasilatı 50%-dən bir qədər yuxarıdır. Şirkətlər ziyan edirlər. Bu il də dövlət SOCAR-a müəyyən yardım göstərmək məcburiyyətindədir. Onun faktiki əldə etmədiyi gəlirlərin kompensasiyanı həyat keçirməliyik”.