Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb

Dövlət başçısı: Azərbaycanın Qazaxıstan iqtisadiyyatına sərmayələri 225 milyon dollara çatıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan və Qazaxıstan arasında ticarət-iqtisadi əməkdaşlığın spektri çox genişdir.

Tribuna İnformasiya Agentliyi xəbər verir ki, bu barədə Azərbaycan Prezidenti İlham Əliyev Qazaxıstanın “Kazinform” nəşrinə müsahibəsində bildirib.

Onun sözlərinə görə, hər iki ölkə iqtisadiyyatın müxtəlif sektorlarında qarşılıqlı əlaqələri genişləndirərək birgə təşəbbüsləri ardıcıl şəkildə həyata keçirir: “Bu gün ölkəmizdə Qazaxıstan kapitalının iştirakı ilə təxminən 250 kommersiya strukturu qeydiyyata alınıb ki, bu da investisiya mühitinə yüksək etimadı təsdiqləyir və iqtisadi qarşılıqlı əlaqələrin daha da genişləndirilməsi üçün möhkəm təməl yaradır”.