DÖVLƏT BAĞÇALARINDA RÜŞVƏT… EKSPERT BUNA GÖRƏ NAZİRLİYİ GÜNAHLANDIRDI… (AUDİO)backend

DÖVLƏT BAĞÇALARINDA RÜŞVƏT… EKSPERT BUNA GÖRƏ NAZİRLİYİ GÜNAHLANDIRDI… (AUDİO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Uşaq bağçaları Elm və Təhsil Nazirliyinə veriləndən sonra şikayətlər artıb. Əvvəlki illərlə müqayisədə dövlət bağçalarında müəyyən nöqsan və problemlər müşahidə olunur.

Tribunainfo.az xəbər verir ki, təhsil eksperti Kamran Əsədov uşaq bağçaları ilə bağlı son vaxtlar glən şikayətlər, qanunsuz olaraq pul tələb edilməsi halları səngimir.
K.Əsədov bildirib ki, dövlət uşaq bağçaları tamamilə pulsuz, ödənişsiz olsa da, nazirlik bağça direktorlarının pul tələb etməsinə göz yumur:

“Dövlət uşaq bağçasında bütün xidmətlər pulsuzdur, heç bir məqsəd üçün pul yığıla bilməz.Elm və Təhsil Nazirliyindən xeyir-dua alan Yeni Günəşli qəsəbəsində 262 nömrəli bağçanın əməkdaşı valideynlərdən məhz direktorun adı ilə aylıq ödənişi tələb edir. Deməli, bütün bağçalarda bu aylıq ödəniş tələb edilir, bunu hamı da bilir. Ancaq bir nazirlik bilmir ya da ona da oradan pul çatdığı üçün bu yığıma göz yumur.


Hörmətli Elm və Təhsil Nazirliyi, pul yığmağı bir az saxlayıb dincəlin. Təhsil müəssisələrinə bayram istirahət günlərinizdə rahat əylənmək üçün pul yığılmaq tapşırığınızı saxlayın. Hamı sizin kimi işləmədən, oturduğu yerdən pul qazanmır.
O uşaq bağçasında valideyn var ki, övladına yemək verə bilmir, bağçaya göndərir ki, orada yesin”.