Elazığda mübahisə etdiyi dostu Yunus Taşı (27) başına daşla vuraraq öldürüb.
Tribunainfo.az Hürriyet-ə istinadən xəbər verir ki, hadisədən sonra qaçan DE tutularaq nəzarətə götürülüb.
Hadisə Yıldız Bağları məhəlləsi, Pancarlı küçəsində baş verib. Birlikdə spirtli içki qəbul edən DE ilə Yunus Taş arasında naməlum səbəbdən mübahisə yaranıb və davaya çevrilib.
Dava zamanı DE dostunun başına daşla zərbə endirib.
Aldığı zərbələr nəticəsində Yunus Taş yerə yıxılıb. DE qaçarkən ihbar üzərinə hadisə yerinə sağlamlıq və polis qrupları sövq edilib. Həkimlər qrupu tərəfindən aparılan müayinədən sonra Yunus Taşın öldüyü müəyyən edilib. Müayinədən sonra Yunus Taşın cəsədi yarılma üçün Fırat Universiteti Xəstəxanasına aparılıb.