“Dost Park” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, sənədə Yasamal Rayon Məhkəməsinin hakimi Rəşad Cavadzadənin sədrliyi ilə fevralın 4-də baxılacaq.
Xatırlatma: Azərbaycan Mərkəzi Bankı protokolu İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə vəzifəli şəxslər inzibati xətanın bilavasitə obyekti olmuş valyuta vəsaiti məbləğinin on faizindən iyirmi faizinədək məbləğdə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin iyirmi faizindən otuz faizinədək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib edib.
Qeyd: Şirkətin qanuni təmsilçisi Şamil İlham oğlu Babazadədir. MMC-nin taksi sahəsində fəaliyyət göstərdiyi bildirilir.