“DOST” İŞ Mərkəzi və icra başçısı süpürgəçiləri işsiz qoyub – Günün şikayəti… FOTO,VİDEO

“DOST” İŞ Mərkəzi və icra başçısı süpürgəçiləri işsiz qoyub – Günün şikayəti… FOTO,VİDEO

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“2019-cu ildən “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Ucar rayon Kommunal Müəssisələri Kombinatında (Komxozda) işə qəbul olunmuşuq. Hər gün bizə verilən tapşırıq əsasında küçələri süpürüb təmizləmişik. Hətta aylıq pul verib işə gəlməyənlərin yerini də bizə süpürtdürüblər. Bunun üçün süpürdüyümüz küçələrdəki obyektlərin müşahidə kameralarına baxmaq kifayət edir. İndi isə bizim əmək müqaviləmizə qanunsuz olaraq xitam verilir”.
Bu barədə Tribunainfo.az-a göndərdikləri şikayət məktubunda bir qrup Ucar sakini – Cəfərova Kəmalə, Hacıyeva Zərinə, Əhmədova Sevinc, Əlizadə Elnarə, Qurbanova Mətanət, Cəfərov Həsən yazıb. Bildirilir ki, adı işçi kimi getsə də, heç vaxt iş görməyən, ancaq pul alan şəxsləri saxlayıb, onları isə işdən çıxarıblar: “2022 və 2023-cü ildə üç dəfə “DOST” İş Mərkəzi tərəfindən Ucarda video çəklişlə yoxlama keçirilib. Həmin gün biz artıq verilən tapşırığı yerinə yetirib evimizə getmişdik. Təmizlik işləri səhər saat 6:00 radələrindən təxminən saat 11:00 radələrinə kimi davam edir. “DOST” İş Mərkəzindən yoxlama saat 12:00-da gəlib monitorinq aparıb. Həmin vaxt rəhbərlik aylıq pul verib işə gəlməyənlərə tez zəng edərək çağıtdırıb. Bizə isə xəbər verilməyib. Hətta elə olub ki, yoxlama zaman aylıq haqq verənlərin 80 % işə gəlməyib. Ancaq yoxlamaya pul və siyahı verilib deyə onlara gözün üstə qaşın var deyən olmadı. Biz isə gündəlik işə çıxıb aylıq haqq vermədiyimiz üçün hədəfə tuş gəldik. Bizim əmək müqaviləmizə qanunsuz xitam verildi”.
Məktubda deyilir ki, tələbimiz üç dəfə aparılan yoxlama zamanı aparılan video çəkilişə bizim iştirakımızla baxış keçirilsin: “Həmin videoda aylıq haqq verib işə gəlməyənlərin çoxu yoxdur. Belə olan təqdirdə gələn yoxlamanın korrupsiyaya qurşanması sübut olunacaq. Bizim hər birimizin evinə azyaşlı uşaqlarımız və ciddi xəstələrimiz var və heç bir yerdən gəlirimiz yoxdur”.
Şikayətçilər bildirib ki, “DOST” İş Mərkəzi Ucarda komxozun rəhbərliyi ilə əlbir olub korrupsiya şəbəkəsi yaradıb: “Həmin yoxlamalar zaman aparılmış video çəklişə baxılarsa bu tam sübut olunacaq. Prezident cənab İlham Əliyev “DOST” İş Mərkəzini yaratdı ki, kasıb ailələr işlə təmin olunub ailəsini dolandırsın. Ancaq Ucarda “DOST” İş Mərkəzinin əmək müqaviləsi ilə Komxoza əksəriyyəti imkanı olan adamlar götürüldü.
Buna isə şəraiti icra başçısı Mənsur Məmmədov şəxsən yaratdı. İcra başçısı 50.000 manat pulun müqabilində Asəm Kərimov kimi korrupsioneri komxoza müdir vəzifəsinə təyin etdi, sonda da guya etdiyi səhvi düzəldirmiş kimi onu işdən öz ərizəsi ilə çıxartdı. İndi biz bir qrup korrupsionerin qanunsuz əməllərinə görə aclıq içində yaşamağa məhkum olmuşuq.
Xahiş və tələbimiz “DOST” İş Mərkəzinin apardığı yoxlama zamanı çəkilmiş videoya bizim iştirakımızla baxılsın, korrupsiyaya qurşanmış şəxslərin barəsində ciddi tədbirlər görülsün, qanunsuz çıxarıldığımız işimizə bərpa edilək”.