Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) daha bir iriməbləğli icarə müqaviləsi bağlayıb. Tribunainfo.az xəbər verir ki, sözügedən qurum bununla bağlı tender keçirib və nəticələrini açıqlayıb.
Həmin məlumata görə, DOST Agentliyi yeni tenderə asasən 1 saylı Bakı DOST Mərkəzi üçün inzibati bina sahəsinin icarəsi xidmətini satın alıb. Satınalma müqaviləsi fiziki şəxs Fərid Rüfət oğlu Fərhadzadə ilə bağlanılıb. Müqavilənin illik dəyəri isə 4.874.760 manat təşkil edir.
Qeyd edək ki, son bir həftə içində bu, DOST-un iminci böyük icarə müqaviləsidir. Bundan öncə Agentlik 3 saylı DOST Mərkəzi üçün bina icarəyə götürmüşdü ki, onun icarə dəyəri 1.8 milyon manata yaxın idi.
Qəribədir ki, Əmək və Əhalinin Sosial Müdafiə Nazirliyi vaxtaşırı bəyan edir ki, onlar xeyli qənaət ediblər. Üstəlik, bunu əlilllər və təqaüdçülərin sayını azaltma yolu ilə reallaşdırdıqlarını bildirirlər. Bu azmış kimi, vəsait azlığı səbəbindən bir çox iri layihələri təxirə saldıqlarını da vurğulayırlar. O biri tərəfdən isə DOST üçün heç də kiçik rəqəmlərlə ifadə olunmayan məbləğlərdə bina icarə edirlər.
Bu ziddiyyəti nazir Sahil Babayevin necə izah edə biləcəyi çox maraqlıdır. Lakin reallıq budur ki, təkcə iki binanın icarəsinə 6 milyon manatdan bir qədər çox pulkun xərclənməsi yerinə, həmin vəsairlə onlarla əlilin sosial problemlərini həll etmək mümkün idi.