DOST “Avtomotoservis” ASC-dən 2 milyona ofis icarəyə götürüb – Sahibi kimdir?backend

DOST “Avtomotoservis” ASC-dən 2 milyona ofis icarəyə götürüb – Sahibi kimdir?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində olan Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyinin elan etdiyi tender müsabiqəsinin qalibi məlum olub.

Agentliyin “2 saylı Bakı DOST Mərkəzi” üçün inzibati bina sahəsinin icarəyə götürülməsi ilə bağlı tenderinin qalibi “Avtomotoservis” ASC (VÖEN – 1500238511) olub.

DOST Agentliyi Avtomotoservis” ASC -dən ümumi sahəsi 1 293,9 kv. metr olan qeyri-yaşayış sahəsini icarəyə götürəcək və qarşılığında 2 milyon 15 min 378 manat 64 qəpik ödəniləcək.

Bu isə o deməkdir ki, DOST Agentliyi icarəyə götürdüyü ofisin 1 kvadratmetri üçün 1 558 manat ödəyəcək.

Məlumat üçün qeyd edək ki, 2 saylı Bakı DOST Mərkəzi 2019-cu ilin dekabr ayından fəaliyyət göstərir. Mərkəz Bakının Şüvələn qəsəbəsində, Almaz İldırım küçəsi 30 B ünvanında yerləşir. Bu ünvan ərazi baxımında 10-cu zona hesab olunur.
Onu da qeyd edək ki, Dövlət Vergi Xidmətinin yenilənmiş “Kommersiya qurumlarının dövlət reyestri məlumatları”nda “Avtomotoservis” ASC barəsində məlumatlar ictimaiyyət üçün açıq deyil.

Mətbuatda yer alan məlumatlardan belə görünür ki, “Avtomotoservis” ASC 1997-ci ildə yaradılıb, nizamnamə kapitalı 521 min 842 manat olan ASC-nin qanuni təmsilçisi Məharət Hüseynlidir. “Avtomotoservis” ASC barəsində mətbuatda məlumatlar az olsa da, qanuni təmsilçisi Məharət Hüseynli barəsində çoxsaylı məlumatlar mövcuddur. Yayılan məlumatlara görə, ixtisasca hüquqşünas olan Məharət Hüseynli daha əvvəl AZAL prezidenti Cahangir Əsgərvun həyat yoldaşı, “Premium Bank” ASC-nin və “Gazelli Group” şirkətinin sahibi olan Zərifə Həmzəyevanın nümayəndəsi kimi onu “İdeal” mağazalar şəbəkəsiylə bağlı keçirilən məhkəmə prosesində təmsil edib./Yeniavaz.com