Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) balansında olan Dayanıqlı və Operativ Təminat Agentliyinin (DOST) dünən daha bir tenderi ləğv edilib. Tribunainfo.az xəbər verir ki, Anti İnhisar və İstehlak Bazarına Nəzarət Xidməti dünən bu barədə qərar qəbul edib.
Belə ki, DOST 141.836 manatlıq minivan tipli 4 nəqliyyat vasitəsinin alınmasını həyata keçirmək istəyib. Lakin bu zaman qanunun bəzi müddəalarını pozduğundan bu niyyəti baş tutmayıb. Belə ki, DOST satınalmada iştirak etmək üçün təklifi və təklifin təminatını təqdim etmiş, tələb olunduğu halda müvafiq lisenziyaya və ya icazəyə malik olan təchizatçıların sayı üçdən az olması səbəbindən tenderinə icazə verilməyib.
Xatırladaq ki, AİİBNX ƏƏSMN-in tərkibindəki müxtəlif agentliklərinin son iki ayda 50-yə yaxın tenderini ləğv edib. Həmin ləğvetmələrin mütləq əksəriyyətinə səbəb isə qanununların pozulması, qiymətlərin şişirdilməsi və gizli sövdələşmələr olub.
Konkret DOST-un ləğv olunan tenderlərinə gəlincə isə bu rəqəm son iki ayda 5-i keçib.