DOST Agentliyi 3 milyonluq tenderinin – QALİBİNİ AÇIQLADI

DOST Agentliyi 3 milyonluq tenderinin – QALİBİNİ AÇIQLADI

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi “Dayanıqlı və Operativ Sosial Təminat (DOST) Agentliyi tərəfindən Sumqayıt DOST, Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzinin xarici elektrik təchizatı işlərinin satın alınması” tenderinin nəticələrini elan edib.

FED.az xəbər verir ki, tenderin qalibi “AZCİS” MMC olub.
Qalib şirkətə 3 076 400 manat ödəniləcək.

Qeyd edək ki, qalib şirkət Sumqayıt DOST Mərkəzinin və Gəncə DOST və Protez-Ortopedik Bərpa Mərkəzinin xarici elektrik təchizatı işlərini görəcək.