DOST 650 min manatı nəyə xərcləyəcək?

DOST 650 min manatı nəyə xərcləyəcək?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dayanıqlı və Operativ Sosial Təminat Agentliyi (DOST) bir gündə iki tender keçirib.

Tribunainfo.az xəbər verir ki, həmin tenderlər İmişli DOST filialının işlərini əhatə edəcək.

Belə ki, həmin müsabiqələrin birinə əsasən İmişli DOST filialı üçün mebel, bədii tərtibat və digər avadanlıqların satın alınması həyata keçiriləcək. Bu tenderin qalibi “QARDAŞLAR MEBEL” QSC olub. Həmin satınalma üçün isə şirkətə 164 min 852 manat ödəniləcək.

DOST-un ikinci tenderi də İmişli filalı üçün nəzərədə tutulub. Lakin bu müsabiqəyə əsasən filiala müxtəlif avadanlıqların satın alınması nəzərdə tutulub.

Həmin tenderin qalibi “MAC CONSTRUCTİON” MMC olub və bu işlərin müqabilində 489 min 783 manat pul alacaq.

Fərda Uğur