Las Veqasda bir qadın rəfiqəsini də özü ilə götürüb iki həmcinsinə hücum edib. Buna səbəb qadının onları öz əri ilə bir yerdə tutması olub. Tribunainfo.az xarici mediaya istinadla bildirir ki, nəticədə dörd qadın bir kişi üstündə əlbəyaxa olublar. Amerikanın Las Veqas bölgəsindəki otellərdən birində baş verən hadisə ölkə gündəminə çevrilib. Döyüş meydanına çevrilən otelin təhlükəsiz xidmətinin əməkdaşları onları ayırıb. Polisə ifadə verən qadınlardan biri evli kişi ilə görüşdüyünü etiraf edib.