Dörd ölkənin xarici işlər nazirlərinin ilk görüşü bu ilin mayında Rusiya paytaxtında baş tutub.
Tribunainfo.az xəbər verir ki, Rusiya diplomatik departamentindən verilən məlumata görə, Rusiya, Suriya, Türkiyə və İran XİN rəhbərlərinin yeni görüşünün keçirilməsi məsələsi müzakirə edilir.
“Bu məsələ müzakirə olunur. Amma nəticə əldə etmək üçün bütün nazirlərin iş qrafikinin üst-üstə düşməsi lazımdır. Bu, prosesdir, davam edir”, – agentliyin həmsöhbəti bildirib.
Xatırladaq ki, Mayın 10-da Moskvada dörd ölkənin xarici işlər nazirlərinin ilk görüşü keçirilib. Onun nəticələrindən sonra nazirlər Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşdırılması üçün yol xəritəsi layihəsinin hazırlanmasını tapşırıblar.