Dörd manatlıq şirkət FHN-nin sifarişi ilə fərdi evlər tikəcək

Dörd manatlıq şirkət FHN-nin sifarişi ilə fərdi evlər tikəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Fövqəladə Hallar Nazirliyi (FHN) Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin Tikilməkdə Olan Obyektlərin Birləşmiş Müdriyyəti “Aypara-İnşaat” MMC ilə satınalma müqaviləsi bağlayacaq.

Qaynarinfo-nun məlumatına görə, şirkət qurumun sifarişi ilə Şamaxı, Ağsu və İsmayıllı rayonlarında 4 ədəd fərdi yaşayış evi tikəcək. Buna görə “Aypara-İnşşat” MMC-yə 275 466,57 manat ödəniləcək. Bu halda bir evin tikintisinin 68 866 manata başa gələcəyi aydın olur.

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin reyestr məlumatlarında göstərilir ki, “Aypara-İnşaat” MMC 11 APREL 2012-ci ildə qeydiyyata alınıb.

Nizamnamə kapitalı 4 manat olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Xətai rayonu, Xudu Məmmədov küçəsi, ev 20, mənzil 66-da yerləşir. MMC-nin qanuni təmsilçisi Mikayılov Maarif Aydın oğludur.

Açıq mənbələrdə şirkət və qanuni təmsilçisi haqqında heç bir məlumat yoxdur.