Dünyaşöhrətli müğənni Cennifer Lopez həyat yoldaşı Ben Afflekdən rəsmi şəkildə boşanmaq üçün məhkəməyə müraciət edib.
Tribunainfo.az TMZ portalına istinadən xəbər verir ki, sənətçi bunu avqustun 20-də – toylarının 2-ci ildönümündə edib. CeyLonun məhz bu tarixi seçməsi sual doğurub.
Mənbənin məlumatına görə, cütlüyün nikah müqaviləsi olmayıb. Sənədlərdə onların ayrılıq tarixi 26 aprel 2024-cü il göstərilib.
İndi onlar 2 illik nikah dövrü ərzində əldə olunmuş mülk və gəlirləri yarı bölməli olacaqlar.
Xatırladaq ki, C. Lopez və B. Afflek hələ 2000-ci illərdə tanış olublar və əsas ulduz cütlüklərdən birinə çevriliblər. 2003-cü ildə onlar planlaşdırılmış toyu gözlənilmədən təxirə salıblar və tezliklə ayrılıblar. Bundan sonra ayrı-ayrı insanlarla ailə həyatı qurublar: Lopez müğənni Mark Entoniyə ərə gedib, Afflek isə aktrisa Cennifer Qarnerlə evlənib. 2021-ci ildə onlar münasibətlərini bərpa ediblər, 2022-ci ildə isə nəhayət evləniblər.