Donuzun çəkdiyi rəsm əsəri 1 milyon dollara satıldı

Donuzun çəkdiyi rəsm əsəri 1 milyon dollara satıldı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Cənubi Afrika Respublikasında yaşayan Coan Lefson adlı heyvan hüquqları müdafiəçisinin Piqkasso adlı donuzu fırça ilə rəsm əsərləri çəkir.

Tribunainfo.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri yazıb.

Lefson yazdığı kitabında donuzun çəkdiyi rəsm əsərlərinin hər birinin 26 min dollara satıldığını bildirib. Piqkassonun çəkdiyi rəsm əsərlərindən əldə edilən gəlir 1 milyon dolları keçib.

Donuzun əsərləri 2019-cu ildə hər biri 1000 dollara satılan “Swatch” saatları üzlərində də nümayiş etdirilib.