Antalyada qaban ovuna çıxaraq səhvən oğlu tərəfindən vurulan 71 yaşlı Ramazan Yılmaz həyatını itirib.
Tribunainfo.az xəbər verir ki, iddiaya görə, saat 21.30 radələrində Antalyanın Serik rayonu Bozdoğan Məhəlləsində H.Y. (42) evinin ətrafında donuz ovlayarkən atası Ramazan Yılmazı (71) ov tüfəngi ilə vurub.
H.Y.-nin xəbəri üzərinə hadisə yerinə jandarma və sağlamlıq qrupları sövq edilib. İlkin tibbi yardımdan sonra həkimlər Ramazan Yılmazın öldüyünü müəyyən ediblər.
Hadisə yerinə gələn dövlət prokurorunun araşdırmasının ardından Ramazan Yılmazın cəsədi yarılma üçün Serik Dövlət Xəstəxanası meyitxanasına aparılıb. H.Y. jandarma tərəfindən nəzarətə alınaraq, hadisə ilə əlaqədar istintaq başladılıb.
Dəniz Pənahova