Donetsk hücumunda ölənlərin sayı 27-yə çatdıbackend

Donetsk hücumunda ölənlərin sayı 27-yə çatdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ukraynanın Rusiyanın ilhaq etdiyi Donetsk şəhərinə hücumu nəticəsində ölənlərin sayı 27-yə yüksəlib.

Tribunainfo.az xəbər verir ki, Donetskə Rusiya tərəfindən təyin edilən qondarma lider Denis Puşilin verdiyi açıqlamada, hücumda həyatını itirənlərin sayının 27-yə yüksəldiyini, yaralanan 25 nəfərin isə müalicəsinin davam etdiyini açıqlayıb. Puşilin şəhərdə bir günlük matəm elan edildiyini bildirib.
Ukrayna prezidenti Vladimir Zelenski dünən axşam Donetsk hücumu ilə bağlı açıqlama verməsə də, Rusiyanın bir gündə Ukraynanın 9 bölgəsində 100-dən çox şəhər, qəsəbə və kəndi bombaladığını bildirib.