“Ən böyük marketlərdə kiloqramı 6 manatdan 80 manata olan konfet çeşidləri qablaşdırılmadan rəflərə doldurulur”.
Bu fikirləri deputat Kamilə Əliyeva Milli Məclisin Səhiyyə komitəsinin iclasında bildirib.
Deputat qeyd edib ki, belə rəflərdə istehsal və bitmə tarixləri göstərilmir:
“Mağazadan soruşanda hər hansı qutu gətirirlər. Hətta şokaladın içindən qurd çıxma halları da olur. Çəki ilə olan rəflərdə istehsal və bitmə tarixi göstərilməlidir.
Bundan əlavə, universitetlərin, məktəblərin qarşısındakı dönər köşklərində görürük ki, dönər + ayran 1 manat 50 qəpikdir. Dönərin içindəkiləri sadalasaq, üstünə ayranın pulunu gəlsək, belə çıxır ki, ət pulsuzdur. Dəfələrlə dönərdən zəhərlənmə hallarına rast gəlinir. Bu məsələlərdə AQTA daha ciddi yanaşmalıdır”.