Dönərdən kütləvi zəhərlənmə halları artır – Zəhərlənmə əsasən nədən baş verir? (VİDEO)backend

Dönərdən kütləvi zəhərlənmə halları artır – Zəhərlənmə əsasən nədən baş verir? (VİDEO)

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Son zamanlar dönərdən kütləvi zəhərlənmə halları artıb. Belə hallar bugünlərdə Zaqatala, Qazax və Tovuz rayonlarında baş verib.

Paytaxtda da “2, 3, 4 manata”, “tələbələrə 15 faiz endirimlə”, “dönər alana ayran hədiyyə” kimi təkliflərə az qala hər addımda rast gəlinir.

Maraqlıdır, bəs alıcılar dönər alarkən nələrə diqqət edirlər?Qastroenteroloq Sevindik Arazov deyir ki, dönərdən zəhərlənmə bir neçə səbəbdən baş verə bilər. Burada ətin keyfiyyəti ilə yanaşı, qatılan məhsulların saxlanma şəraiti də önəmli rol oynayır.

Qida Təhlükəsizliyi İnstitutunun sektor müdiri Aynur Həsənova isə qeyd edib ki, dönərin çiy əti qeydiyyata alınmış və təsdiqlənmiş kəsim və ya satışla məşğul olan məntəqələrdən alınmalı, baytarlıq- sanitariya ekpertizasından keçməlidir.

Sektor müdiri qeyd edib ki, ət kəsimi alətlərinin və dönərin hazırlanmasında istifadə olunan avadanlıqların təmizliyi də xüsusi əhəmiyyət daşıyır.

Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik.