Dondurulmuş Rusiya aktivləri danışıqlarda kozıra çevrilə bilər – “Reuters”

Dondurulmuş Rusiya aktivləri danışıqlarda kozıra çevrilə bilər – “Reuters”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Dondurulmuş Rusiya aktivləri ABŞ-ın seçilmiş prezidenti Donald Tramp ilə Vladimir Putin arasında Ukraynada müharibənin başa çatdırılması ilə bağlı danışıqlarda kozıra çevrilə bilər.
Tribunainfo.az xəbər verir ki, bu barədə “Reuters”in şərhçisi Hyuqo Diksonun məqaləsində qeyd edilir.
Məqalədə vurğulanır ki, əgər Avropa Ukraynaya Rusiya Federasiyasının dondurulmuş 300 milyard dollar aktivini təhvil versə, bu, Ukraynaya üç il ərzində cəbhə xəttini saxlamaq və ya Putinlə “daha sərfəli” razılaşma əldə etmək imkanı verə bilər.
Analitik hesab edir ki, Rusiya Federasiyasının dondurulmuş aktivləri Putinə təzyiq göstərmək vasitələrindən biri ola bilər. Tramp, eyni zamanda, Ukraynaya güclü dəstəyi nümayiş etdirmək və müharibəni başa çatdırmaqla bağlı vədlərini yerinə yetirmək üçün Putini inandıra bilər. Bu, həm də Çinə xəbərdarlıq mesajı göndərmək məqsədi daşıya bilər.
300 milyard dollar məbləği Putini Ukraynanın istismar müharibəsinə dözmək gücünə malik olduğuna inandıra bilər.
Nəzəri olaraq, Avropa ölkələri bu məbləği üç il ərzində Ukraynaya ödəyə bilər ki, bu da Aİ və Böyük Britaniyanın birgə iqtisadiyyatının cəmi 0,4%-nə bərabərdir. Lakin bu, Avropanın hazırda ayırdığı məbləğin təxminən iki qatıdır və müdafiə xərclərinin artdığı bir şəraitdə belə bir məbləğin ayrılması bloka daxil olan ölkələr üçün çətin ola bilər.
Alternativ yollardan biri 2022-ci ildə Qərb ölkələri tərəfindən dondurulmuş Rusiya Mərkəzi Bankının aktivlərinin səfərbərliyidir. Bu aktivlərin əsas hissəsi, təxminən 210 milyard avro, Aİ-də yerləşir. Lakin Almaniya da daxil olmaqla, bir çox ölkənin məmurları bu əmlakın müsadirəsinə qarşı çıxır.
Reuters-in fikrincə, müsadirədən daha hüquqi baxımdan etibarlı alternativ “reparasiya krediti” ola bilər. Bu sxemə əsasən, G7 ölkələri Ukraynaya 300 milyard dollar borc verəcək və əvəzində Kiyev Rusiyaya qarşı hərbi əməliyyatlar üçün reparasiya tələbi irəli sürəcək. Əgər Kreml bu ödənişi etməyi rədd etsə, G7 ölkələri Rusiyaya qarşı iddianı miras alacaq və bunu dondurulmuş aktivlər hesabına tətbiq edəcək.
Əgər Avropa bu məbləği ayırsa, Tramp Putinə sərfəli bir razılaşma təklif edib-etməyəcəyinə qərar verməli olacaq. Cəbhə xəttində ciddi dəyişikliklərin baş verəcəyi ehtimalı azdır. Danışıqların əsas məsələsi atəşkəsdən sonra Ukraynanın alacağı təhlükəsizlik təminatları olacaq.
“Kiyev NATO-ya üzvlük istəyir, lakin Kreml Alyans qoşunlarının öz ərazisinə yaxınlaşmasına dözməyəcək”, deyə “Reuters”ə Kremlin planlarından xəbərdar olan beş mənbə belə məlumat verib.
Eyni zamanda, etibarlı təhlükəsizlik təminatları ilə atəşkəs Ukraynanın hazırda işğal edilməmiş 80%-nin azad və suveren qalmasına imkan verə bilər. Analitik hesab edir ki, bu halda Ukrayna nəticədə Aİ-yə qoşula və iqtisadiyyatını bərpa edə bilər. Lakin əlverişsiz bir razılaşma Ukraynanı müdafiəsiz vəziyyətdə qoyaraq onu yoxsul və Moskvanın təsir dairəsində saxlayacaq. Birinci variant dünya tərəfindən Putinin qismən məğlubiyyəti kimi, ikinci isə “qələbə” kimi qəbul ediləcək.