Artıq bir sıra sağlam qidalanma vərdişləri və ağır pəhrizlər geniş yayılıb.
Arıqlamaqla bağlı dünyada alternativ təkliflər irəli sürülür.
Bu üsullar içərisində ən maraqlılarından biri də dondurma yeyərək arıqlamaqdır.
Tribunainfo.az dünyaca məşhur qida mütəxəssisi Pietro Migliaccio tərəfindən kəşf edilən üsulu təqdim edir.
Bu üsul əslində düşünülən kimi deyil.
Yəni, yemək yedikdən sonra dondurma yeməklə arıqlaya bilməzsiniz.
Bu üsul səhər, günorta, axşam yeməklərinizdən birini dondurma ilə əvəz etdikdə nəticəsini göstərir.
İnsanlara məntiqsiz gəlsə, bununla həm şəkər ehtiyacları qarşılanır, həm də isti günlərdə sərinləyə bilirsiniz.
Həmçinin, dondurma yeyərək gündə 1200 kalori qəbul etməklə çəki ata bilərsiniz.