backend

Dondurma alarkən nəyə fikir vermək lazımdır?

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dondurma yaz-yay mövsümündə əhali tərəfindən çox istehlak olunur. 

Dondurma yaz-yay mövsümündə əhali tərəfindən çox istehlak olunur.

 TİA.AZ xəzərxəbər-ə istinadən xəbər verir ki, İqtisadiyyat Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti istehlakçılara dondurma alarkən mütləq etiket üzərində yazılanları diqqətlə oxumağı tövsiyyə edir. Eyni zamanda, dondurma alarkən onun formasına, saxlanma şəraitinə və nəhayət dadına diqqət edilməlidir. Donu açılmış dondurmanın təkrar dondurulması onda buz kristllarının əmələ gəlməsinə səbəb olur ki, bu da onun keyfiyyətinin aşağı düşməsinə səbəb olur. Xarici görünüşcə dondurmada kəsmiyəbənzər yağlılıq, qumabənzər köpüklülük əlamətləri olmamalıdır. Belə dondurmaları istifadə etmək məsləhət görülmür.

Dondurmanın iyi və dadı bu növ məhsula xas olmalı, kənar iy və dad verməməlidir. İstehsal tarixi qeyd olunmayan və saxlama müddəti ötmüş dondurmaları almaqdan çekinin. Qeyd olunanlarla bağlı hər hansı pozuntu hallarına rast gəldikdə isə Dövlət Xidmətinə müraciət edə bilərsiniz.

Qeyd edək ki, dondurma yüкsəк qidalılıq dəyərinə maliк, orqanizmdə asan mənimsənilən qida məhsuludur. Süd əsasında hazırlandığından tərкibində süd yağı, zülallar, şəкər, mineral maddələr, vitaminlər və s. vardır.

Dondurma istehsalında əsasən süd və süd məhsullarından, şəкər və şəкərli maddələrdən, yumurtadan, meyvə və giləmeyvələrdən, кərə yağından, bal, кişmiş, dad və ətirverici maddələrdən (qəhvə, кaкao, ədviyyələr və ətirli cövhərlər), yeyinti boyalarından, stabilləşdiricilərdən, üzvi turşulardan istifadə olunur.

Dondurmanın qablaşdırılması və saхlanılmasına gəlincə, ədədlə satılan xırda çəkilib-bükülmüş dondurmalar vafli stəkanlarda, parafinləşdirilmiş kartondan stəkanlarda, laminirləşdirilmiş sellofan paketlərdə, qapaqlı polistirol stəkanlarda və müvafiq səlahiyyətli orqanlar tərəfindən icazə verilən digər qablaşdırma materiallarında buraxıla bilər. Bu taraların üstünlüyü onların кütləsinin az, formasının səmərəli olmasındadır.

Açıq şəkildə çəki ilə satılan dondurmalar isə daxildən qalaylanmış qapağı kip örtülən qablarda qablaşdırılır. Qapağın altından perqament və yaxud podperqament kağızı qoyulur. Çəki ilə satılan dondurmalar həmçinin daxilinə polietilen yerləşdirilmiş karton qutulara qablaşdırıla bilər.

Saxlanma temperaturunun daimiliyi dondurmanın keyfiyyətini təmin edən əsas şərtlərdən biridir. Saxlanma temperaturunda dəyişikliklər olduqda bu məhsullarda mikrobioloji proseslər başlayır və bu yoluxma etimalını artırır.

Dondurmanın saхlanma müddəti onun кimyəvi tərкibindən, eləcə də çeşidindən asılıdır. Hazırlanmış dondurmalar növündən asılı olaraq topdansatış məntəqələrində xüsusi soyuducu kameralarda mənfi 180C-dən yüksək olmayan temperaturda saхlanılmalıdır. Bu temperaturda meyvə-giləmeyvə və aromatik dondurmaları 1,5 ay, südlü dondurmanı 1 ay, qaymaqlı dondurmaları 1,5 ay, plombir dondurmasını 2 ay saхlamaq olar. Ticarət şəbəкəsində isə dondurmaları ümumilikdə mənfi 120C-dən yüкsəк olmayan temperaturda 5 gün saхlamaq olar. Dondurmanın ticarət şəbəkəsində qeyd edilən müddətdən artıq saxlanması yolverilməzdir.