Ukraynanın cənub-şərqində dekabrın 24-dən etibarən atəşkəs rejimi qüvvəyə minib.
Ukraynanın cənub-şərqində dekabrın 24-dən etibarən atəşkəs rejimi qüvvəyə minib.
TİA.AZ xəbər verir ki, bununla bağlı razılıq dekabrın 21-də Ukrayna üzrə Təmas qrupunun Minskdə keçirilən danışıqlarda əldə olunub.
Görüşün yekunlarını şərh edən ATƏT-in Təmas qrupundakı nümayəndəsi Martin Saydik Yeni il və Milad bayramı ilə əlaqədar dekabrın 24-ü, saat 00:00-dan atəşkəs rejiminin tətbiq edilməsini bəyan etmişdi.
Qeyd edək ki, Donbasda münaqişə zonasında “sükut rejimi” sentyabrın 1-dən, yeni tədris ilinin başlanması ilə əlaqədar də tətbiq edilmişdi.