“DNR” operativ komandanlığı Donbasdakı münaqişə ərazisinə amerikalı hərbi təlimatçıların gəldiyini xəbər verib.
“DNR” operativ komandanlığı Donbasdakı münaqişə ərazisinə amerikalı hərbi təlimatçıların gəldiyini xəbər verib.
TİA.AZ AFN.AZ-a istinadən bildirir ki, bu haqda RİA Novosti agentliyi məlumat verib.
Məlumatda bildirilir ki, bu səfərin əsas məqsədi Ukrayna hərbi hissələrində döyüşə hazırlıq səviyyəsinin yoxlanılması ilə əlaqədardır.
Agentliyin yazdığına görə, ABŞ daimi əsaslarla Kiyevə hərbi yardımlar göstərir. Mart ayında Amerika Konqresi bu məqsədlə 150 milyon dollar pul ayırıb. Rəsmi məlumatlara görə Vaşinqton Kiyevə qeyri-letal hərbi sursat, həmçinin əskərlətin öyrədilməsi üçün təlimatçılar göndərir.