İqlim dəyişikliyinin “yalan” olduğunu iddia edən Tramp seçki kampaniyası zamanı “tarixin ən böyük kütləvi deportasiya proqramını” yaratmağa söz verib.
Tribunainfo.az GazeteDuvar-a istinadən xəbər verir ki, Donald Tramp ABŞ prezidenti kimi ikinci müddətində hərtərəfli siyasət prioritetlərini həyata keçirəcəyini vəd edib.
Tramp bu hərəkətlərin nədən ibarət olacağı barədə ətraflı məlumat verməyib. Ancaq bir ildən artıqdır ki, verdiyi şifahi və yazılı açıqlamalarda vergilərə, hökumət qaydalarına və mədəni məsələlərə ənənəvi konservativ yanaşmaları Amerikanın beynəlxalq arenadakı rolunda dəyişikliklər və ticarətdə daha populist tendensiya ilə birləşdirən ümumi siyasi prioritetlərə işarə edir:
Mühacirləri ictimai sağlamlıq səbəbi ilə məhdudlaşdıracağını qeyd edən Tramp, əksəriyyəti müsəlman olan bəzi ölkələrdən gələnlərə ciddi məhdudiyyətlər və ya qadağalar tətbiq edəcəyini də qeyd edib.
Dəniz Pənahova