Donald Tramp kripto dünyasına addım atdı və “World Liberty Financial” layihəsinin sentyabrın 16-da başlayacağını açıqladı.
Tribunainfo.az Sondakika-ya istinadən xəbər verir ki, ABŞ-ın keçmiş prezidenti ənənəvi bank sisteminə alternativ təklif etməyi hədəfləyən bu təşəbbüsü ilə seçki kampaniyasında kriptovalyuta ictimaiyyətinin dəstəyini qazanmağı hədəfləyir.
Layihə “Ethereum Blockchain” üzərində hazırlanacaq və mərkəzləşdirilməmiş maliyyə (DeFi) platforması Aave-dən istifadə edəcək.
Trampın bu addımı onun kriptovalyuta cəmiyyətinə dəstəyinin konkret göstəricisi hesab olunur.