Donald Tramp Vladimir Putinə Vaşinqtonda görüşməyə təklif edib

Donald Tramp Vladimir Putinə Vaşinqtonda görüşməyə təklif edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp martın 20-də baş tutan telefon danışığı zamanı Vladimir Putinə Vaşinqtonda görüşməyi təklif edib, lakin hələlik görüşə hazırlıq başlamayıb.

TİA.AZ ” RBK-ya istinadən xəbər verir ki, bu barədə Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bildirib.

“Bu, çox müsbət ideyadır”, deyə Y.Uşakov əlavə edib.

Qeyd edək ki, D.Tramp martın 20-də telefon danışığı zamanı V.Putini prezident seçkilərində qazandığı qələbə münasibətilə təbrik edib.

Y.Uşakovun sözlərinə görə, görüşün keçirilməsi təşəbbüsü D.Tramp tərəfindən irəli sürülüb.