Donald Tramp İspaniyanın baş nazirini prezident kimi təqdim etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ prezidenti Donald Tramp İspaniyanın baş naziri Mariano Rahoyla danışıqlardan sonra onu sosial şəbəkədə prezident kimi təqdim edib və adını yanlış yazıb.
 

ABŞ prezidenti Donald Tramp İspaniyanın baş naziri Mariano Rahoyla danışıqlardan sonra onu sosial şəbəkədə prezident kimi təqdim edib və adını yanlış yazıb. “Mənim üçün İspaniya prezidenti Marianor Coyu qəbul etmək şərəfdir”, – deyə Tramp “Twitter”də yazıb.

TİA.AZ-ın APA-ya istinadla məlumatına görə, Donald Tramp birgə mətbuat konfransında da İspaniyanın baş nazirinə “cənab prezident” deyə müraciət edib. ABŞ lideri tərəfindən prezident kimi təqdim edilən Rahoyun özü də təəccüblənib.

Mariano Rahoyun vəzifəsinin rəsmi adı “hökumətin prezidenti”dir. Lakin bu, onun prezident olması anlamına gəlmir. Amerika KİV-i ehtimal edir ki, silsilə yanlışlıqlar Ağ Ev əməkdaşlarının günahı üzündən baş verib.