ABŞ Prezidenti Donald Tramp ABŞ-ın Azərbaycandakı səfiri vəzifəsinə namizədini irəli sürüb.
“Report” Ağ evin rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Erl Litzenberqin (Earl D. Litzenberger) namizədliyi irəli sürülüb.
Qeyd edək ki, o, daha əvvəl ABŞ-ın Serbiya və Qırğızıstanda diplomatik nümayəndəliklərində müxtəlif vəzifələr tutub.
E.Litzenberq fransız, rus, serb və bolqar dillərində danışır.