“Domodedovo”nun sahibiniın Rusiyadan çıxışına qadağa qoyulub

“Domodedovo”nun sahibiniın Rusiyadan çıxışına qadağa qoyulub

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Domodedovo” hava limanının sahibi Dmitri Kamenşik və milyarder Valeri Koqanın Rusiyadan çıxışına qadağa qoyulub.

Tribunainfo.az ArbatMedia portalına istinadla xəbər verir ki, məhdudiyyətlər 18 milyard rublun xaricə köçürülməsi ilə bağlı istintaqla bağlıdır.

Fevralın 25-də “Domodedovo” hava limanının sahibi Dmitri Kamenşik və əvvəllər hava limanının müşahidə şurasına rəhbərlik etmiş iş adamı Valeri Koqanın Rusiyanı tərk etməsinə qadağa qoyulması barədə qərar qəbul edilib.

Baş Prokurorluğun məlumatına görə, hava limanının rəhbərliyinin maliyyə fırıldaqları ilə məşğul olması ehtimalı var. Bununla əlaqədar, daha əvvəl Moskva vilayətinin Arbitraj Məhkəməsi Baş Prokurorluğun tələbi ilə “Domodedovo” şirkətlər qrupunun bütün aktivlərinə həbs qoyub.

Mənbələr həmçinin bildirirlər ki, gələcəkdə “Domodedovo” hava limanı Federal Hava Nəqliyyatı Agentliyinin nəzarətinə keçə bilər. Məlumata görə, Kamenşik Türkiyə və BƏƏ, Koqan isə İsrail vətəndaşıdır.