Ötən il bank depozitlərinin dollarlaşma səviyyəsi aşağı düşüb.
Ötən il bank depozitlərinin dollarlaşma səviyyəsi aşağı düşüb.
Nəticədə, xarici valyutada əmanət və depozitlərin M3 pul aqreqatında (sərbəst dönərli valyutada əmanət və depozitlər) xüsusi çəkisi ilin əvvəlində 59.2% olduğu halda, ilin yekunu üzrə 44.7% təşkil edib.
TİA.AZ Mərkəzi Banka istinadən xəbər verir ki, xarici valyutada depozitlərin cəmi əmanət və depozitlərdə xüsusi çəkisi isə ilin əvvəlində 76.4% təşkil etdiyi halda, ilin sonuna 64.4% olub. İl ərzində fiziki şəxslərin manatla əmanətləri 6.8% artdığı halda xarici valyutada əmanətləri 26.4% azalıb. Nəticədə, fiziki şəxslərin depozitlərinin dollarlaşması səviyyəsi ilin əvvəlindəki 85%-dən 79.6%-ə enib.