backend

Dolların sabaha olan məzənnəsi 1,77 manatı ötdü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 30-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb. 

Azərbaycan Mərkəzi Bankı (AMB) dekabrın 30-na olan USD/AZN rəsmi məzənnəsini açıqlayıb.

AMB-dən “APA-Economics”ə verilən məlumata görə, USD/AZN rəsmi məzənnəsi bu günlə müqayisədə 0,3% artaraq 1,7707 səviyyəsində müəyyən olunub. Qeyd edək ki, bu gün dolların məzənnəsi 1,7662 manata bərabər olub.

Xatırladaq ki, bu gün AMB-də Dövlət Neft Fondunun da iştirak etdiyi növbəti ikitərəfli valyuta hərracı keçirilib. Hərrac 1 dollar üçün 1,7662 məzənnəsi ilə başlayıb və 1,7707 məzənnəsi ilə yekunlaşıb.

Qeyd edək ki, rəsmi kursun hər gün artırılmasına baxmayaraq, “Qara bazar”da son günlər dolların qiyməti aşağı düşüb. Əgər bir neçə gün əvvəl qiymət 1.92 ətrafında idisə, hazırda 1.88-dən almaq olur. Bu təzad dolların kursunun Mərkəzi Bank tərəfindən süni şəkildə şişirdildiyini göstərir.