Sentyabrın 4-də Azərbaycan Mərkəzi Bankında (AMB) Dövlət Neft Fondunun da iştirakı ilə növbəti hərrac keçirilib.
AMB-dən bildiriblər ki, hərracda manatın ortaçəkili məzənnəsi 1,7000 səviyyəsində formalaşıb.
Qeyd edək ki, dolların bu günə olan rəsmi məzənnəsi də 1,7000 manatdır.