BŞ dollarının indeksi 0,09% möhkəmlənərək 103,1 bənd səviyyəsinə çatıb
Beləliklə, dolların indeksi yenidən 14 illik maksimum göstərici olan 103,65 bənd səviyyəsinə yaxınlaşıb.
BŞ dollarının indeksi 0,09% möhkəmlənərək 103,1 bənd səviyyəsinə çatıb
Beləliklə, dolların indeksi yenidən 14 illik maksimum göstərici olan 103,65 bənd səviyyəsinə yaxınlaşıb.
Avro dollara nisbətən 0,13% ucuzlaşaraq 1,0439 dollar həddinə enib. Halbuki, bundan öncə avro 1,0469 dollaradək bahalaşa bilib. Avstraliya dolları 0,18%, yəni 0,7182 dollaradək ucuzlaşıb. Beləliklə, “yaşıl qitə”nin rəsmi valyutasının məzənnəsi 7 aylıq minimuma, yəni 0,7160 dollar səviyyəsinə yaxınlaşıb.
ABŞ valyutası İngiltərə funt sterlinqinin məzənnəsinə də təzyiq göstərməkdədir. Belə ki, funt sterlinq 0,21%, yəni 1,2271 dollar səviyyəsinədək ucuzlaşıb. Dollar Yaponiya yeninə qarşı 0,22% möhkəmlənib və 117,33 yenə çatıb. Xatırladaq ki, Donald Tramp prezident seçilən gündən dollar yenə qarşı bahalaşır. Seçkilərdən bu günədək yen 10% ucuzlaşıb.
Qeyd edək ki, bir çox birjalar bayram tətilinə bağlansa da, bəzilərində kiçik həcmdə ticarətlər aparılır.
Yeri gəlmişkən, bazar iştirakçıları dolların ciddi korreksiyaya uğramasını proqnozlaşdırır.(APA)