backend

Dollar Spot İndeksi 6 faizə yaxın güclənib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dollar Spot İndeksi ABŞ-da 8 noyabr prezident seçkilərindən bu tərəfə 5,7 faiz yüksəlib.

TIA.AZ “Bloomberg”ə istinadən xəbər verir ki, buna vergi endrimləri, yüksək dövlət xərcləri təsir edib. Hansı ki, bütün bunlar da iqtisadi artıma stimul verir. Bu da FES-in 2017-ci ildə faiz artımına gedəcəyini göstərir.

Nəzərə çatdıraq ki, FES ötən ilin dekabr ayında Donald Trampın maliyyə siyasətini hesaba qatmadan bu il 3 faiz artıma gedəcəyini ortaya qoyub. Dolların yüksəlişi Amerika iqtisadiyyatının 2017-ci ildə üzləşə biləcəyi ən böyük köpük olacaq. Bu da ABŞ iqtisadiyyatı üçün həm müsbət, həm də mənfi nəticələrə gətirib çıxara bilər.