Bank of Baku Dolların alış qiymətini daha çox aşağı salıb. Bank bu gün səhər saatlarında 1 dolları 1.79 manata almağa, 1.88 manatdan satmağa başlayıb. Dünən Bank of Baku Dolları 1.8450 manatdan alırdı.

Bu gün də banklarda Dolların alış və satış qiymətləri aşağı düşməkdə davam edir
“Marja” xəbər verir ki, səhər saatlarında Turanbank 1 Dollara 1.80 manat alış, 1.88 manat satış qiyməti təyin edib. Dünən bu bank 1 dolları 1.8650 manatdan alıb, 1.9150 manata satırdı.
Nikoyl Bank və Azərtürkbank da Dolların alış qiymətini müvafiq olaraq 1.85 və 1.87 manatdan 1.80 manata salıblar.
AccessBank isə Dolların alış qiymətini 1.85 manatdan 1.81 manata endirib.
Banklarda Dolların satış qiyməti də aşağı düşüb. Bu gün bir sıra banklardan 1.88 manatdan Dollar almaq mümkündür.
Digər banklarda da alış və satış qiymətlərinin aşağı düşəcəyi gözlənilir. Banklar bir-bir məzənnələri təyin edirlər.