“Dokta” yenidən məhkəmə qarşısında – İki protokol…backend

“Dokta” yenidən məhkəmə qarşısında – İki protokol…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
Məşhur apteklər şəbəkəsinə avqust ayında bir neçə dəfə külli miqdarda cərimə protokolu yazılıb.
Qaynarinfo-nun məlumatına görə, “Dokta” MMC barəsində İnzibati Xətalar Məcəlləsinin 452.4-cü (Aptek təşkilatlarına dair tələblərin pozulması) maddəsi ilə protokol tərtib olunub.
İşə Ağdaş rayon məhkəməsinin hakimi Aygün Mürsəlovanın sədrliyi ilə baxılacaq. Protokol təsdiq olunarsa, “Dokta” 5000 manatdan 7000 manatadək məbləğdə cərimə edilə bilər.
Bir neçə gün əvvəl də eyni maddə ilə cərimələnən “Dokta” MMC barəsində iş baxılması üçün Abşeron Rayon Məhkəməsinə göndərilib.