“Dokta” MMC-yə yazılan inzibati protokola baxılacaq tarix açıqlanıb.
Pravda.az-ın xəbərinə görə, sənədə Abşeron Rayon Məhkəməsinin hakimi Abusət Qasımovun sədrliyi ilə fevralın 7-də baxılacaq.
Xatırlatma: Protokol müvafiq qurum tərəfindən İnzibati Xətalar Məcəlləsinin 452.1-ci (Apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir) maddəsinə əsasən tərtib olunub.