Dərman firması və apteklər şəbəkəsi olan “Dokta” MMC İnzibati Xətalar Məcəlləsini pozduğuna görə barəsində cərimə protokolu imzalanıb.
Tribunainfo.az xəbər verir ki, dərman firması İXM ticarət qaydaları əleyhinə olan 452.1-ci maddəsini pozub. Tələbi pozulan maddəyə əsasən, apteklərdə resept təqdim edilməklə buraxılmalı olan dərman vasitələrinin reseptsiz buraxılmasına və ya yetkinlik yaşına çatmayanlara dərman vasitələrinin buraxılması qaydalarının pozulmasına görə, yüz əlli manatdan iki yüz əlli manatadək məbləğdə cərimə edilir.
“Dokta” ilə bağlı işə 14 fevral tarixində Abşeron rayon Məhkəməsində hakim Vaqif Həsənovun sədrliyi ilə baxılacaq.
Qeyd edək ki, “Dokta” MMC dərman firması və apteklər şəbəkəsi deputat Cavanşir Feyziyevə məxsusdur.
Qarşı tərəfi dinləməyə hazırıq.
Nigar