“Dokta” MMC ilə bağlı növbəti dəfə cərimə protokolu tərtib edilib. Tribunainfo.az xəbər verir ki, aparılan yoxlama zamanı “Dokta” MMC-də nöqsanlar aşkarlanıb. Dərman firması İnzibati Xətalar Məcəlləsinin ictimadi təhlükəsizlik qaydaları əleyhinə olan 518.1-ci maddəsini pozub.
Tələbi pozulan maddəyə əsasən, mülkiyyət formasından asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda, ictimai yerlərdə, anbarlarda, yataqxanalarda və ya digər yaşayış sahələrində, meşələrdə və nəqliyyatda yanğın təhlükəsizliyi standartlarının, normalarının və qaydalarının tələblərinin pozulmasına və ya yerinə yetirilməməsinə görə fiziki şəxslərə xəbərdarlıq edilir və ya onlar iyirmi manatdan otuz manatadək məbləğdə cərimə edilir, vəzifəli şəxslərə xəbərdarlıq edilir və ya onlar yüz manatdan yüz əlli manatadək məbləğdə, hüquqi şəxslər üç yüz əlli manatdan beş yüz manatadək məbləğdə cərimə edilir.
İş baxılması üçün Binəqədi rayon Məhkəməsinə göndərilib. 7 oktyabr tarixində hakim Abbas Rzayevin sədrliyi ilə işə baxılacaq. Xatırladaq ki, “Dokta” MMC Milli Məclisin deputatı Cavanşir Feyziyevə məxsusdur.