Uzun müddətdir həyat yoldaşının vətəni Azərbaycanda olan Doğuş adi bir xəstəliklə xəstəxanaya müraciət edib, amma Doğuş təcili əməliyyata alınıb.
Tribunainfo.az “Sabah” xəbər agentliyinə istinadən bildirir ki, Doğuş son vaxtlar səhhətində yaranan problemlərə görə xəstəxanaya müraciət edirdi. Müayinələr nəticəsində müğənninin böyrəyində 12 santimetrlik kista olduğu məlum olub. Doğuşun əməliyyatları ötən gün Azərbaycanda, Bakıda olub. Uğurlu əməliyyatlardan sonra müğənni sosial media hesabında səhhəti ilə bağlı məlumat verib:
“3 çox vacib əməliyyatdan sağ çıxdım. Hazırda səhhətim çox yaxşıdır”.