Doğma çay “Azerçay” şirkətlərin tanıtım sərgisinə tərəfdaşlıq edib

Doğma çay “Azerçay” şirkətlərin tanıtım sərgisinə tərəfdaşlıq edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Marsol Group-un birgə təşkilatçılığı ilə keçirilən 5-ci “Yerli şirkətlərin tanıtım sərgisi”nin tərəfdaşlarından biri də “Azerçay”dır.

Tribunainfo.az  xəbər verir ki, 24-26 iyun tarixində “Bakı Ekspo Mərkəzi”ndə baş tutan sərgidə qida, İKT, təhsil, inşaat, sənaye, logistika, tekstil və digər sahələrdə fəaliyyət göstərən 200-ə yaxın yerli şirkətin məhsul və xidmətləri nümayiş olunub.

Sərginin əsas məqsədi Azərbaycan şirkətlərinin fəaliyyətini geniş kütləyə tanıtmaq, onlar üçün yeni bazarlar açmaq və şirkətlər arasında qarşılıqlı faydalı əməkdaşlığı inkişaf etdirməkdir.

Ənənəsinə sadiq qalan doğma çay markası sərgiyə gələn qonaqları çay süfrəsinə qonaq edib.

Həmçinin 3 gün davam edən tədbirin qonaqlarına milli çay markası haqqında məlumat verilib.

Qeyd edək ki, doğma çay dünyanın 40 ölkəsində Azərbaycan çay mədəniyyətini təmsil etməklə yanaşı, Azərbaycanda çay adət ənənələrini qoruyub saxlamaq missiyasını daşıyır.

Eyni zamanda “Azerçay” markası həyata keçirilən bu kimi tədbirləri dəstəkləyir.