Dmitri Medvedev Prezident İlham Əliyevə başsağlığı verib

Dmitri Medvedev Prezident İlham Əliyevə başsağlığı verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası Təhlükəsizlik Şurası sədrinin müavini Dmitri Medvedev Prezident İlham Əliyevə başsağlığı məktubu göndərib.

Tribunainfo.az xəbər verir ki, başsağlığı məktubunda deyilir:

“Hörmətli İlham Heydər oğlu.

“AZAL”a məxsus sərnişin təyyarəsinin Aktau şəhəri yaxınlığında qəzaya uğraması nəticəsində Azərbaycan və Rusiya, həmçinin bəzi digər ölkələrin vətəndaşlarının həlak olmaları ilə əlaqədar dərin hüznlə başsağlığı verirəm. Yaralananların tezliklə sağalmalarını arzu edirəm.

Həlak olanların yaxınlarının dərdinə şərik olduğumu bildirirəm”.