Rusiya müdafiə nazirinin keçmiş müavini Dmitri Bulqakov saxlanılıb.
Tribunainfo.az “Kommersant”a istinadən xəbər verir ki, Bulqakov korrupsiyada şübhəli bilinir.
O, Moskvada istintaq təcridxanasına yerləşdirilib.
Qeyd edək ki, Bulqakov 2008-2022-ci illərdə müdafiə nazirinin müavini olub və maddi-texniki təminatdan cavabdeh olub.